İyunun ilk günlərində geomaqnit qasırğası gözlənilir

ÖLKƏ
13:05 / 30.05.2023
414

İyunun 1-4-də maqnit qasırğası proqnozlaşdırılır.

Bu barədə HİT.az-a Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib.

Qeyd edilib ki, Günəş küləyinin sürətinin mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə yenidən sürətlənəcəyi gözlənilir.
Geomaqnit sahəsinin CH HSS-in təsiri ilə 31 may - 1 iyun tarixlərində aktiv olacağı, 1-4 iyun tarixlərində isə geomaqnit qasırğası (G1) gözlənilir.

0