Ekspertdən müəllimlərlə bağlı qalmaqallı açıqlama: "55 yaşından sonra..."

ÖLKƏ
13:19 / 01.06.2023
980

“Fikirimcə, müəllimlər 55 yaşdan pensiyaya göndərilməlidir”.

Bunu HİT.Az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, bu yaşdan təqaüdə göndərilən müəllimlərin pensiyası isə onların mövcud əmək haqqları ilə əvəzlənməlidir:

“Hazırda müəllimlər var ki, onlar pensiya yaşına çatmasına baxmayaraq, mövcud təhsil proqramı ilə ayaqlaşa bilirlər. Amma müəllimlərin böyük əksəriyyəti müasir çağırışlara, təhsil sisteminə yaxından bələd deyillər. Bu da təhsildə öz problemlərini göstərmiş olur. 55 yaşında müəllimlərin əmək müqaviləsinə xitam verilsə, yeni gələn gənc nəsilin də iş təminatı yaxşılaşdırıla bilər”.

Elçin Əfəndi ölkəmizdə pensiya yaşının qaldırılmasının tərəfdarı olmadığını da vurğulayıb:

“Orta yaş həddinə baxsaq görürürk ki, insanlar mövcud pensiya yaşına çatmadan dünyalarını dəyişirlər. Eyni zamanda, onların adına yığılan kapital var. Bu yaxınlarda qərar qəbul olundu ki, dünyasını dəyişən şəxslərin ipoteka borcu varsa, onun borcunu varisləri ödəyəcək. Halbuki həmin şəxsin kapital yığımı var, dünyasını dəyişəndən sonra həmin yığım ölənin varislərinə verilmir. Burada da ziddiyətli məqamlar var. İnsanlar kapital yığmasına baxmayaraq, onlar təqaüd yaşına çatmır və yaxud da təqaüd təyin olunandan 2-3 il sonra ölürlər. Buna görə pensiya yaşının azaldılması mənə görə vacibdir”.

Azra

0