\"Cənubi Azərbaycanlılar üçün pəhləvilərlə, molla rejimi arasında fərq yoxdur\" - Məhsa Mehdili

14:17 / 28.07.2023
626

"Cənubi azərbaycanlıların tarixi yaddaşında və indi formalaşan milli şüurda pəhləvi rejimi Azərbaycana düşmən mövqeyindən yanaşan, bizə qarşı 1946-cı ildə qətliam törətmiş və mədəniyyətimizi məhv etmiş bir rejim olaraq xatırlanır".

Bu sözləri Güney Azərbaycandan olan siyasi fəal Məhsa Mehdili HİT.az-a açıqlamasında deyib.

O vurğulayıb ki, İrandakı fars şovinizminin  təməlləri də elə pəhləvi rejimi ilə birlikdə qurulub:

"O dönəm azərbaycanlılar və türklər üçün ən çətin dönəmin başlanğıcı olub. Pəhləvilərin Azərbaycan və türk düşmənçiliyi, açıq təhqirləri, soyqırımları, eləcə də Cənubi Azərbaycanı iqtisadi və mədəni olaraq məhv etmələri ilə milli yaddaşımızda gözəl yerləri yoxdur. Heç bir zaman da olmayıb. Ümumiyyətlə, yaddaşımızda Pəhləvi dönəmi çirkin bir dönəm olaraq xatırlanır. Üstəlik, son zamanlarda milli hərəkatın xalqın maariflənməsi ilə cənubi azərbaycanlılarda özünədönüş prosesi başlayıb".

Məhsa Mehdili qeyd edib ki, Cənubi Azərbaycanda başlayan etirazların mərkəzi hər zaman Təbriz olub:

"Cənubi Azərbaycandakı hərəkətlər Tehran mərkəzli hərəkətlərdən ayrı olub. Yəni cənubi azərbaycanlıların etiraz hərəkətləri Təbriz mərkəzlidir. Bunun Tehran mərkəzli müxalif hərəkətlərlə heç bir bağlantası olmayıb, hətta bəzən qarşı-qarşıya belə gəliblər. Biz müxalif bir hərəkət olsaq da, Təbriz mərkəzliyik. Buna görə də pəhləvilər və indiki molla rejiminin siyasətləri Cənubi Azərbaycana qarşı olub. Bizim üçün indiki Tehran dövləti ilə 1979-cu ildən öncəki şah rejimi arasında heç bir fərq yoxdur. Sadəcə qabıq dəyişib. Nəticədə şah gedib, şeyx gəlib. Ona görə Şahın oğlu Rza Pəhləvi də Cənubi Azərbaycanda dəstəklənmir".

Pərviz

0