Təhlükəyə səbəb su çənləri

ÖLKƏ
23:12 / 23.02.2024
283

Suyun fasiləsiz verilməsi ilə əlaqədar olaraq , bəzi ərazilərdə çənlər yığışdırılsa da, Bakıda hələ də bəzi yaşayış məntəqələrində su çənlərindən istifadə edilir.

Bunlara xüsusən də Bakıətrafı qəsəbələrdə rast gəlmək mümkündür. 

Lakin diqqət çəkən məqam budur ki, həmin dəmir, plastik çənlər bəzən illərlə təmizlənmir. Digər tərəfdən müxtəlif hava şəraitləri də çənlərə təsir edir ki, xüsusən Günəş şüaları suyun tərkibinin dəyişməsinə səbəb olur.

Həkim ekspert Rasif Bağırov Hit.az-a deyib ki, bu gün adətən, istifadə edilən su çənlərinin içərisi normal, gigiyenik standartlara uyğun şəkildə aşılanmır:

"Digər tərəfdən, tibbin dediyinə görə, içməli su iki gündən artıq bir yerdə qaldısa, onu içmək olmaz. Hətta içməli bulaq suyu iki gündən artıq bir yerdə qaldısa, içməyə yararsızdır, onun istifadəsi məsləhət görülmür. Bundan başqa, həmin çənlərin içərisi həftədə ən azı iki dəfə dezinfeksiya edilməlidir. Əks təqdirdə o suyun istifadəsi zamanı infeksion xəstəliklərin yaranma ehtimalı artır. Hətta bəzən həmin suları içmək yox, heç texniki su kimi istifadə etmək olmaz. Belə sular dəri xəstəlikləri, hətta mədə bağırsaq sistemində kəskin ağır infeksion xəstəlikləri yarada bilər.Adətən xəstələnəndə onun səbəbləri araşdırmıq. Bəlkə də səbəbi elə içilən sudur. Yəni, həm çən stadartlara cavab vermədiyindən, həm də su orada uzun müddət qaldığından deyə bilərik ki, təhlükə evimizin yanındadır".

Sevinc

0