Summativ qiymətləndirmə ləğv olunur - ŞƏRH

ÖLKƏ
19:40 / 09.07.2024
408

“Summativ qiymətləndirmə 2 və 11-ci sinifləri əhatə edir. Böyük summativ qiymətləndirmə 2 və 3-cü sinif xaric bütün sinifləri əhatə edirdi”.

Bu sözləri Hit.az-a ptəhsil eksperti Elçin Əfəndi deyib.

O bildirib ki, kiçik summativ qiymətləndirmə 3 səhfədən az olmamaq şərtilə keçirilir. Əsasən fənn müəllimləri tərəfindən şagirdlərin bilik və bacarıqları yoxlanılır:

“Böyük summativ qiymətləndirmə isə əsasən tədris ilinin birinci yarım ili üzrə təhsil müəssisəsi pedaqoji şurasının qərarı əsasında fərqli fənnlər üzrə şagirdlərin bilik və bacarıqları yoxlanılır. Summativ qiymətləndirmənin lğv olunması təhsilalan və təhsilverənlər üçün çox böyük əhəmiyyət kəsb edir”.

Xatırladaq ki, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu deyib ki, ibtidai sinif səviyyəsində bəzi summativ qiymətləndirmələrin azaldılması və ya ləğvi məsələsi müzakirə olunur.

Sevinc

0