Azərbaycan elmində hansı problemlər var?

ÖLKƏ
21:50 / 10.09.2024
233

“Azərbaycan elmində çoxsaylı problemlər var. Elm sahəsində xeyli problemlər var”.

Bu sözləri təhsil sahəsi üzrə ekspert İlqar Orucov Hit.az-a şətrhində deyib.

O bildirib ki, universitetlərin tədqiqat sahəsi inkişaf etdirilməlidir. Nəzərə almaq lazımdır ki, tədqiqat böyük maliyyə tələb edir:

 “Vaxtilə elm tədqiqat müəssisələrinin gəlir əldə etməsi deyəndə, yalnız elmi institutların ərazilərini icarə verilməsi başa düşülürdü. Bu yalnış təfəkkür idi. Bu təfəkkürlü insanların elmin başında durması elmin geridə qalması demək idi. Elmdə kifayət qədər plagiatlıq halı var. Əvvəlki illərdə elmi ad və dərəcələrin verilməsi ilə bağlı xeyli boşluqlar olub və aidiyyəti olmayan şəxslər bu vəziyyətdən sui-istifadə ediblər. Son illərdə elmi nüfuzdan salan alimlərimiz oldu. Plagiatla məşğul olanlar, bu adlara layiq görülmək istəyən şəxslərə elmi işləri yazanlar da ortaya çıxdı. Bu elm deyil, başqa fəaliyyətdir”.

Sevinc

0