Elan saytlarında fırıldaqçılıq - Ekspert açıqladı

ÖLKƏ
21:57 / 01.11.2024
340

Demək olar ki, çox adam bir dəfə də olsa qarşısına çıxan elanla maraqlanıb. 

Bu iş, ev, maşın restoranı ola bilər.

Amma danılmazdır ki, bəzi işbazlar bu sahədə də fırıldağa əl atırlar. Vətəndaşları aldatmaq, pulunu mənimsəməklə məşğul olurlar.

Maraqlıdır, elan saytlarındakı fırıldaqçılıq necə olur?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən ekspert İlqar Həsəni deyib ki, fırıldaqlar müxtəlif olur, amma ən çox yayılmışı evin qiymətini aşağı məbləğə qoyub, öncədən müştəridən pul tələb etməkdir:

“Elan saytlarında yerləşdirilən məlumatların əksəriyyəti insan cəlb etmək məqsədi ilə fırıldağa əl atırlar. Ya aşağı qiymət deyirlər, ya da olmayan fəaliyyətdən danışırlar. Amma ən çox yayılmışı bahalı evləri ucuz qiymətə yerləşdirərək, əvvəlcədən beh alan, daha sonra nömrəsinə zəng çatmayan fırıldaqçılardır. Onalar evləri aşağı qiymətə qoyur və bununla müştəri cəlb edirlər. Müştəri telefonla əlaqə saxladıqda isə başqa müştərilərin də olduğunu bildirir, öncədən beh tələbini irəli sürürlər. Ucuz qiymətə ev kirayələmək istəyən vətəndaş da bundan yararlanmaq istəyir. Və nəticədə tora düşür və behi ödəyir. Kirayə evi görmək, köçmək istədikdə isə artıq gec olur. Nə həmin elanı tapa bilir, nə də beh ödədiyi insanı.

Ona görə burdan insanlara səslənirəm ki, ödədiyi pulu kimə, haraya ödədiyinə diqqət etsin”.

Murad


 

0