Əraziyə yeni asfalt örtüyü çəkildikdən sonra yol kənarında yerləşən həyətlər asfalt səviyyəsindən xeyli aşağıda qalıb.
Görüntülər paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1,korpus 9 ünvanındandır.
Buradakı 275 nömrəli evin sahibi Fəridə Xəlilova deyir ki, yol çəkildikdən sonra bütün yağış suları həyətinə və evinə dolur. Bu səbəbdən illərdir ki, evində yaşaya bilmir. Evinin yanında sahibkarlıq obyekti kimi istifadə etdiyi tikili də yağış suları səbəbindən yararsız hala düşüb.
Şikayətçi iddia edir ki, həyətində təmir-bərpa işləri aparmaq istəyir, amma buna icazə verilmir.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlılsa da, qeyri-iş günləri olduğundan sullarımız cavablandırılmayıb. Zənglər cavabsız qalıb.
Vətəndaş isə ümid edir ki, məsələ ictimailəşəndən sonra problemin həlli üçün aidiyyəti qurum tərəfindən müvafiq addımlar atılacaq.//Xəzər TV


