Kürkənarı ərazilər təhlükədə - VİDEO

ÖLKƏ
18:08 / 30.05.2026
44

Son günlər intensiv yağan yağışlar Kürdə suyun səviyyəsinin artmasına səbəb olub. Çayın sahilboyu ərazilərində yerləşən kəndlər bu vəziyyətdən təsirlənib.

Çayda suyun səviyyəsi yüksəldikcə qrunt suları həyətlərə və bağlara dolur. Salyan rayonunun Pambıqkənd kəndi ərazisində bəzi evlərdə də bu cür fəsadlar yaranıb. 

Sakinlərin bildirdiyinə görə, qrunt suları bağ və bostan sahələrini yararsız vəziyyətə salıb. Yaranmış vəziyyət onları ciddi narahat edir.

Yaranmış vəziyyətlə bağlı Qaraçala İnzibati ərazi nümayəndəliyindən bildirildi ki, artıq rayon fövqəladə komissiyasına bu barədə məlumat verilib. Əraziyə baxış keçirildikdən sonra tədbirlər görüləcək.//Xəzər TV

0