Müəyyən tibbi xidmətlər bölgələrdə yaşayan insanlar üçün əlçatan olmur.
Belə ki, bəzi rayonlarda xəstəxanalarda həkim çatışmazlığı, tibbi avadanlıqların olmaması insanları Bakıda və digər regional ərazilərdə çarə axtarmağa sövq edir.
Pasiyentlər bildirirlər ki, UZİ-nin olmaması, növbə problemi onlar üçün çətinlik yaradır.
Onlar üç-dörd gün öncədən növbə alsalar da, həkim qəbuluna düşmək çətindir.
Ona görə də sakinlər digər yaxın rayonlara və ya paytaxta üz tuturlar.
Bu kimi hallar İsmayıllı, Tovuz və Zərdab rayonlarında da qeydə alınır.
Daha ətraflı "Xəzər Xəbər"in videomaterialında:


