Sizcə, bu qədər mürəkkəb kainat, həyat və insan şüuru təsadüfən yarana bilərmi, yoxsa bunların arxasında bir Yaradan olmalıdır? Bəzi filosflar düşünürlər ki, dünyadakı böyük və mənasız görünən əzablar hər şeyə qadir və mərhəmətli Tanrının varlığına ciddi sual yaradır. Ümumiyyətlə ölüm, ölümdən sonrakı həyat varmı? Çünki bir söz var, görmədiyin real heçnəyə inanma. Bu mövzunun üzərində dayanmaq səbəbim, heç vaxt cavabı olmayan, tam qaranlıq qalan sualın olmasıdır. Gəlin belə deyək: Biz Rusiyada doğulsaq xristian, İsraildə doğulsaq yəhudi, Hindistanda doğulsaq hinduizm dinlərin qəbul edib həyatımızı yaşayardıq. Burdan belə nəticə çıxır, biz məcbur ümumi şəraitə, yaşadığımız yerə uyğun isdəmədən dini seçimimizi edirik.
Türkiyənin geoloqu, ABŞ Milli Elmlər Aklademisyasının üzvü Cəlal Şəngör maraqlı ifadəsi var. Mən Tanrının varlığı haqqında, xırda bir işarət belə görmədim. Biz deyirik ki, dünyamızı Tanrı yaradıb, və Tanrımızda ədalətlidir, mərhəmətlidir, bəs bu qədər baş verən ziddiyyətli proseslər, haqsızlıqlar, ədalətsizliklər niə olur? İnsan doğulur, təhsil alır, işləyir, daim uğur qazanmağa can atır və sonra da ölür. Tanrı bizə nə demək istəyir?
Quranda buyrulur: Şübhəsiz ki, Allah zərrə qədər də olsa zülm etməz (Nisa surəsi,40) Günahsız, heç bir günahı olmayan, vicdanlı, ədalətli insanlar daim niə əzab çəkir bəs? İslam düşüncəsinə görə əsl və tam ədalət axirətdə bərqərar olacaq. Sizin diqqətinizə çatdırım ki, axirətin mövcud olduğunu elmi cəhətdən sübut edən qəti, yoxlanıla bilən dəlilimiz yoxdur.
Sizə tərəzi qoyuram birində günahsız uşaqın fəryadı, digərində dediyimiz Allahın ədaləti. Mən susuram. Yəqin sizdə susdunuz. Bir uşaq doğulur BƏƏ hansı ki, böyük biznes və neftə sahib ailədə, sərvətə malik ailədə, digəri doğulur Mərkəzi Afrika Respublikasında yoxsul ailədə.
Acı bir reallaığı deyim ki, BMT-ÜST-ün birlikdə hazırladığı 2024-cü il məlumatlarına əsasən, 2024-cü ildə 5 yaşına çatmamış 100 mindən çox uşaq birbaşa ağır kəskin qidalanma çatışmazlığından ölüb. Dünyada aclıq və yoxsulluq içində yaşayan uşaqların sayı yüz milyonlarla ölçülür. Məncə bu Tanrının varlığına və ədalətinə dair ən çətin sualdır. Deyə bilərsiz imtahandır bu dünya. Niə o zaman imtahan bəzilərinə asan, bəzilərinə isə dözülməz dərəcədə ağır həyat verilməlidir. Mən bu sualı kiçiltmək istəmirəm. Çünki bərabər imtahanlara malik, daha az əzablı bir dünyanın mümkün olub-olmaması Allahın ədaləti haqqında müzkirənin mərkəzində dayanır.Əgər Allah hər şeyi bilirdisə, gələcəkdə kimin yaxşı, kimin pis olacağını bilirdisə, onda niyə onsuz da nəticəsini bildiyi bir imtahan dünyası yaradıb?
İslamın cavabı belədir: Allah kainatı hikmətlə yaradıb. İnsan isə Allahını tanımaq, ona ibadət etmək və yaxşı əməllər etmək üçün yaradılıb.
Ateistlərin yanaşması : Kainatın müəyyən məqsədlərlə yaradıldığını göstərən, hamı tərəfindən qəbul edilmiş elmi sübut yoxdur. Həyatın mənasını insan özü müəyyən edir.
Elmi araşdırma yer kürəsininin toz zərrəciklərinin və daş parçalarının birləşməsindən yarandığını deyir. Bu proses yarım milyard il çəkdi. Planetin yer kürə şəklinə gəlməsi 4.5 milyard il əvvələ təsadüf edir. 5 milyard il sonra günəş enerjisi bitəcək və partlayacaq .
1993-cü ildə Kanadalı filosof John.L.Şchellenberg “İlahi gizlilik” adlı kitabında çox maraqlı fikirlər yer alır və böyük səs küy yaradır. John.L.Schellenberg yazır: Əgər qüsursuz bir biçimdə sevən tanrı varsa belə bir tanrı özü ilə gərçək münasibət qurmağa açıq olan hər insanla əlaqə qurmaq istərdi.
Həm sevən bir tanrı, həm də qaranlıqda buraxılmış içdənliklə axtaran insan.
Tanrı sevgidirsə o zaman səssizliyin bu sevgiyə layiq bir açıqlaması olmalıdır. Schellenbergin fikrinə görə bəşəriyyət hələ elmi və intelektual inkşafın çox erkən mərhələsindədir.
Belə təsəvvür edin, bir adamı qaranlıq otağa salırsız və istədiyinizi ona qəbul etməsini deyirsiz. Burdan belə bir nəticə çıxır, dünya yaranıb və gözə görünməyən qüvvə tərəfindən, müəyyən güc sahəsində idarə olunur. Mən düşünürəm ki, mükəmməl, qüsursuz sevən bir tanrı bəndələriylə canlı əlaqə qurmaq istəyərdi.Teist filosoflar bu güclü argumentə qarşı müxtəif fəlsəfi tezislər irəli sürmüşlər. Tanrının gizli qalması, insanı dünyada mənəvi cəhətdən yetkinləşməsi və çətinliklər qarşısında formalaşması üçün zəruridir.
Hər şeyi yaradan, kainatı bizə bəxş edən tanrının bu qədər baş verən ədalətsizliyə susması məni çox düşündürür.Burada antik Yunan filosofu Epikürün maraqlı fikrin sizə çatdırım:
Tanrı pisliyi yox etmək istəyir,
Amma, gücü çatmırsa deməli,
o, hər şeyə gücü yetən deyil.
Yox əgər gücü çatır, amma,
pisliyi yox etmək istəmirsə
deməli, şərin terəfdarıdır.
Həm gücü çatır,həm də
yox etməyə çalışırsa bəs onda
bu qədər pislik hardan qaynaqlanır?
Nə gücü çatır, nə də, yox etmək istəyir
onda niyə ona Tanrı deyirik?
Gəlin bu gün dünyanın ən xoşbəxt ən təhlükəsiz Skandinaviya Ölkələrinə - Danimarka, isveç, Norveç və s. baxaq. Bu ölkələrin əksəriyyəti dindən uzaq, ateist və ya aqnostiklərdir. Amma maraqlı olan odur ki, dünyada korrupsiyanın ən az olduğu, insan haqlarının yüksək qorunduğu yerlərdir.
Tanınmış Hüquqşunas, Vəkillər Kollegiyasının üzvü Fəxrəddin Mehdiyevin 2017-ci ildə çap edilən “Siyasi sistemin, İsveç-Skandinaviya” modeli bu mövzuda yazılmış ən mükəmməl nəşrlərdən biridir mən deyərdim. Burada Skandinaviya ölkələri haqqında ümumi məlumatlar (idarəetmə forması, inzibati bölgüsü, əhalinin təhsil səviyyəsi, cəmiyyətin inkişaf indeksi və s) qeyd edilmişdir.
Gəlin üzümüzü Şərqə çevirək, Yaponiya bizim anladığımız mənada heç bir səmavi dini inancı, göydən düşmüş dini kitabı və ya günahkarı yandıracaq cəhənnəm qorxusu yoxdur. Nəzər salsaq görərik ki, Yaponiya millət olaraq ən ədalətli, ən mədəni, dürüstlük və qarşılıqlı hörmət üzərində qurulmuş ən inkişaf etmiş xalqdır.
Bu gün zalımın müharibəsi nəticəsində günahsız körpə ölürsə və biz buna cəhənnəmdə yanacaq deyib susuruqsa bu ədalət yox, qorxaqlıqdır mən deyərdim. Bir düşünün dünyaya göz açan körpənin arzusu nə ola bilər? anasının qucağında yatmaq, gülmək, oynamaq, böyümək.....və s.Amma bəzi körpələr heç uşaqlığını yaşamadan müharibənin qurbanına çevrilir. Deyə bilərsiz axirətdə zalımında, məzlumunda verəcəyi hesab olacaq. Bu yerdə , əsrin dahilərindən olan, məşhur fizik Stephen Hawking-in maraqlı fikri var: Mən doğulmadan taleymi yazan Tanrı, mən öldükdən sonra niə hesab sormalıdır?
Müharibə deyib keçməyək. Müharibə şəhərləri dağıtmır, o anaların qucağını boş qoyur, ataların ümidlərini söndürür, uşaqların gələcəyini əllərindən alır. Bir körpənin göz yaşından böyük hansı qələbə ola bilər ? Bir körpənin həyatından qiymətli hansı siyasi məqsəd ola bilər?
Nədən? sualını vermək Tanrının var olduğunu şübhə altına atmaq deyil, insan qala bilməkdir. Bir şey həyqətən var olduğu halda, bizdən gizlənirsə və sirli olaraq qalırsa buna səbəb nədir?
Çox maraqlı bir araşdırma : Deyirik Tanrı hər şeyi bilən, görən, gücü yetəndir. Bəs hər şeyi öncədən görən tanrı yaratdığı dünyanın bu gün ki pislikləri, ədalətsizlikləri görməli deyildimi? Digər maraqlı məqam . Deyirik Tanrı hər şeyə gücü yetəndir, o zaman Tanrı kainatı pisliklərlə yaratmağa niyə ehtiyac duydu? Bəzi mənbələr də deyilir ki, Tanrı müxtəlif zamanlarda, müxtəlif evrənlər yaradıb. Bizdən əvvəldə evrən olub, bizdən sonrada olacaq. Bəs sual niyə Tanrı vahid bir evrən yaratmadı? Demək yaratdığı evrəni özüdə qəbul etməyib, maraqlıdır o zaman, öncədən Tanrı bunu bilmirdi, axı deyirik ki, o, hər şeyi görəndir.
Mən hesab edirəm hər şeyə gücü yetən Tanrı pislik olmadan da, yaxşılıq üzərində kainatı bizə bəxş edə bilərdi, bu mövzuda nə qədər araşdırma aparılsa da, cavab tapmaq mümkün olmayacaq. Real səhnə budur: Ya deyildi kimi Tanrı hər şeyə gücü yetən deyil, ya Tanrı yaxşı deyil, ya da pislik, ədalətsizlik yoxdur. Artıq siz seçin...........
Vüsal Mehdiyev

