Azərbaycanlı model xərçəngdən vəfat etdi - VİDEO

ÖLKƏ
11:23 / 15.07.2026
98

Azərbaycanlı gənc model Xədicə Rəhimova xərçəng xəstəliyindən vəfat edib.

HİT.az "Bakupost"a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Qeyd olunub ki, 20 yaşlı model son altı il ərzində ağır xəstəliklə mübarizə aparıb.

Məlumata görə, 2022-ci ildə xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə onun ayağı amputasiya olunub. Buna baxmayaraq, X.Rəhimova daha sonra model kimi fəaliyyət göstərməyə başlayıb.

0