Medianın fəallığı məmur özbaşınalığına qarşı yeni əməliyyatları tətikləyə bilərmi?

ÖLKƏ
19:27 / 11.05.2020
1932

Dövlət Təhlükəsizlik Xidmətininson vaxtlar həyata keçirdiyi əməliyyatlar istər media, istərsə də ictimaiyyət tərəfindənməmnunluqla qarşılanamqdadır.

Maraqlıdır, medianın indiki həssas məqamda məmur özbaşınalığı və qanunsuzluğu ilə bağlı ortaya qoyacağı faktlar DTX, habelə digər hüquq-mühafizə orqanlarına əlavə ipucları verə, yeni qanun pozuntularının üzə çıxarılmasına yadım edə bilərmi?

Moderator.az-a açıqlama verən media eksperti Elçin Şıxlı hesab edir ki, əgər jurnalistlər hansısa şəxsin cinayət əməli ilə bağlı düzgün, real faktlara əsaslanan informasiyaları ictimaiyyləşdirərsə, bu halda həmin məlumatlar hüquq-mühafizə orqanları üçün də faydalı ola bilər:

“Sovet dönəminin bir çox xüsusiyyəti arzu edilməz olsa da, nadir hallarda müsbət məqamları da mövcud idi. Məsələn, mətbuatda hansısa bir cinayət əməli haqqında yazı yer alırdısa, ozaman hüquq-mühafizə orqanları bununla bağlı araşdırma və əməliyyatlar aparırdı. Nəticədə faktlarla təsdiq olunan cinayət əməli ortaya çıxırdısa, qanunu pozanlar cəzalandırılırdı. Bu baxımdan təbiiki, mətbuatın fəallığı hüquq-mühafizə orqanlarına kömək edə bilər.

Amma təəssüf ki, son10-15 il ərzində bir çox hallarda mətbuatda yer alan hər hansı qanun pozuntusu,yaxud hər hansı bir şəxsin cinayət əməlləri, qanun pozuntusu haqqında məlumat veriləndə, hüquq-mühafizə orqanları bizdə əhəmiyyət vermir. Çünki bir çox hallarda təəssüf ki, bu yazılarda heç bir real faktlar olmur. Görünür, hüquq-mühafizə orqanları əvvəllər bu məlumatların bir neçəsini yoxladıqdan sonra qərara gəlib ki, bu yazıların bir çoxu sifariş əsasında yazılan, qarayaxma, böhtan dolu yazılardır. Əslində isə jurnalistika faktlara söykənməlidir. Əgər jurnalistika həqiqətən də cinayət əməlləri ilə bağlı faktlar ortaya qoysa, o zaman hüquq-mühafizə orqanları üçün xeyli dərəcədə faydalı olar”.

0