Azərbaycanda kafedra müdiri vəfat etdi

ÖLKƏ
14:21 / 10.08.2026
37

Naxçıvan Dövlət Universitetinin (NDU) İqtisadiyyat və marketinq kafedrasının müəllimi Elşən Nəsirov vəfat edib.

Bu barədə HİT.Az-a sözügedən universitetdən məlumat verilib.

Elşən Nurəddin oğlu Nəsirov 1964-cü il sentyabrın 29-da Naxçıvan şəhərində anadan olub.

Azərbaycanda kafedra müdiri vəfat edib

O, əmək fəaliyyətinə 1983-cü ildə başlayıb, müxtəlif müəssisə və təşkilatlarda iqtisadiyyat, idarəetmə və rəhbər vəzifələrdə çalışıb.

Elşən Nəsirov 2000-2002-ci illərdə Naxçıvan Özəl Universitetində müəllim, 2002-11-ci illərdə isə "İdeal" firmasının direktoru olub.

2020-ci ildən NDU-nun İqtisadiyyat və marketinq kafedrasında müəllim kimi fəaliyyət göstərib.

0