Aktyor Tahir İsmayılov yenidən xəstəxanaya yerləşdirildi

ÖLKƏ
13:26 / 12.08.2026
44

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Tahir İsmayılovun Qəlbinur xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.

Hit.az xəbər verir ki, sənətçinin səhhəti ilə bağlı yayılan iddialar onun pərəstişkarları və yaxınları arasında narahatlıq yaradıb. 

Aktyorun hazırda həkim nəzarətində olduğu bildirilir. Xatırladaq ki, Tahir İsmayılov 10 il əvvəl baş nahiyəsində aşkarlanan xoşxassəli şiş səbəbilə əməliyyat olunmuşdu. Həmin vaxt keçirilən uğurlu əməliyyatdan sonra aktyor səhhətini bərpa edərək sənət fəaliyyətini davam etdirib. 

O, teatr səhnəsində müxtəlif obrazlarla tamaşaçıların qarşısına çıxıb və yaradıcılıq fəaliyyətini uzun illər uğurla davam etdirib. Hazırda aktyorun xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar onun səhhətində yaranan vəziyyətin səbəbləri ilə bağlı müxtəlif suallar doğurub. 

Onun 10 il əvvəl keçirdiyi əməliyyatın hazırkı vəziyyətlə əlaqəsinin olub-olmadığı isə hələlik məlum deyil. Tahir İsmayılovun səhhəti ilə bağlı daha ətraflı və rəsmi məlumatın yaxın zamanda açıqlanacağı gözlənilir. Sənət dostları və tamaşaçılar aktyora tezliklə sağlamlığına qovuşmasını arzulayırlar.

0