Ali Məhkəmədə biznesmenə qarşı külli miqdarda dələduzluq erməkdə təqsirləndirilən Orucəli Abbasovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
HİT.az Pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.
İttihama görə, 1962-ci il təvəllüdlü Orucəli Abbasov paytaxtın Dərnəgüldə metal bazarı adlanan ərazisindən iş adamı Əbdülhəsən Səfərovdan 1 milyon 44 min manatlıq metal boruları pulunu sonradan ödəmək vədi ilə götürsə də, həmin pulları ödəməyib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə iş adamı Əbdülhəsən Səfərov bildirib ki, Orucəli Abbasov ondan aldığı külli miqdarda boruların pulunu müxtəlif sahələrə xəsrləyib. O, həmçinin qeyd edib ki, təqsirləndirilən şəxs şahidlərə təzyiqlər göstərib, onların ifadələrini dəyişməsi üçün təkliflər edib. Orucəli Abbasov isə deyib ki, satdığı malların pulunun böyük hissəsini verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orucəli Abbasov 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


