Yemiş neçəyədir? – Bazar qiymətləri

ÖLKƏ
17:00 / 28.08.2026
153

Paytaxt və bölgə bazarlarında mövsümün ən çox tələb olunan məhsullarından olan yemişin satış qiymətində ucuzlaşma müşahidə olunur. 

Bəs hazırda bazarda yemişin qiyməti neçəyədir?
Hit.az-ın əməkdaşı bazarda yemiş qiymətləri ilə maraqlanıb.

Hazırda bazarlarda yemişin bir kiloqramı sortundan və ölçüsündən asılı olaraq 50 qəpiklə 1 manat arasında dəyişir. Satıcılar qiymət enməsini yerli təsərrüfatlardan bazara bol miqdarda məhsulun çıxarılması ilə əlaqələndirirlər. 

Xüsusilə Sabirabad və Saatlı rayonlarından gətirilən şirin yemişlər alıcılar arasında böyük rəğbətlə qarşılanır. Alıcılar mövcud qiymətlərin ciblərinə uyğun olduğunu və tələbatın artdığını bildirirlər. Lakin alıcılar bir müddət sonra qiymətlərdə enişin olacağını deyirlər.

Pərviz

0