İlham Mirzəyev infarkt keçirib

ÖLKƏ
16:20 / 07.09.2026
53

Ötən gün tanınmış aparıcı İlham Mirzəyev səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. O, vəziyyətinin yaxşı olmadığını bildirərək izləyicilərindən onun üçün dua etmələrini istəyib.

“Bakupost”un sorğusuna cavab olaraq Mərkəzi Klinikadan bildirilib ki, İlham Mirzəyev sol mədəciyin ön divarının miokard infarktı və kardiogen şok vəziyyətində xəstəxanaya qəbul olunub.

“Angioplastika icra olunub və stent implantasiya edilib. Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qiymətləndirilir. Kardioreanimasiya şöbəsində kompleks müalicəsi davam etdirilir”, - açıqlamada qeyd olunub.

0