Nəcəf Nəcəfovun məzarından bürünc barelyef oğurlandı

ÖLKƏ
17:27 / 09.09.2026
39

Azərbaycanın tanınmış jurnalisti Nəcəf Nəcəfovun məzarından bürünc barelyef oğurlanıb.

Hadisənin sentyabrın 9-u səhər saatlarında İkinci Fəxri Xiyabanda (Qurd qapısı) baş verdiyi məlum olub.

Məzarın başdaşına quraşdırılmış barelyef Nəcəf Nəcəfovun vaxtilə rəhbərlik etdiyi “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin iki səhifəsini əks etdirib.

Trend-in əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Ülvi Kazımov saxlanılıb.

Araşdırmalar zamanı oğurlanmış barelyefin satıldığı yer də müəyyən edilib. Barelyef maddi sübut kimi götürülüb. Baxış zamanı onun hissələrə doğrandığı müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq və digər zəruri tədbirlər davam etdirilir.

Qeyd edək ki, Nəcəf Nəcəfov 1980–1990-cı illərdə “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin redaktoru olub. O

Nəcəf Nəcəfov 1999-cu ildə vəfat edib.

0