Bu dəfə zibili hansı qayda ilə atmağa icazə var?

ÖLKƏ
08:05 / 13.06.2020
975

“Zibil atmaqdan sui-istifadə hallarının qarşısını almaq üçün blokların qarşısında zibil qabları qoyulub”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri Elgin Həbibullayev deyib.

O bildirib ki, həmin qablara zibil atmaq üçün evdən çıxıb blokun qarşısına düşməyə görə cərimə yoxdur. Amma bundan istifadə edib gəzmək, kənara getmək olmaz.

Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev əlavə edib ki, zibil atmaq adı ilə kənar əraziyə çıxan şəxslər məsuliyyətə cəlb olunacaq.

 

0