Güzəştli ipoteka kreditində dəyişiklik (VİDEO)

ÖLKƏ
14:33 / 13.05.2020
1582

Güzəştli mənzil ala biləcək müəllimlərin iş starjının olması 5 ildən 3 ilə kimi endirilib.

MİDA-nin mətbuat katibi Diana Dadaşova bildirib ki, ən azı 3 il müəllim işləyən gənc müəllimlər də güzəştli mənzildən yararlana biləcək:

"Xüsusi internat məktəblərində işləyən müəllimlər də buraya daxildir. Daha ətraflı www.mida.gov.az saytından ana səhifədə kimlər güzəştli mənzil ala bilər, məlumat əldə etmək olar. Artıq elekton imzadan istifadə edərək qeydiyyatdan keçmək olar. Yeni kateqoriya əlavə olunub. Yaşından, ailə vəziyyətindən asılı olmayaraq digər müəlklimlər də güzəştli mənzil ala biləcək. 108 çağrı mərkəzi ilə əaqə saxlayaraq bütün suallara cavab tapmaq olar".

3
Realtv.az