Əsgərlərlə bir sırada dayanıb şəhid olan GENERAL- FOTO

14:57 / 14.07.2020
2874

Xəbər verdiyimiz kimi, səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər nəticəsində general-mayor Polad Həşimov şəhid olub. 

Şəhid Həşimov aprel döyüşlərində də iştirak edib, həmin döyüşlərin qəhrəmanlarından biri hesab edilir.

Məlumata görə, şəhid general-mayor Qəbələ rayonunun Vəndam kəndində anadan olub, Sumqayıtda yaşayırmış.

O, 2019-cu ildə Prezidentin imzaladığı sərəncamla general-mayor rütbəsi ilə təltif edilib.

Bu hal Azərbaycan Ordusunda generallarla əsgərlərin bir cərgədə, ön sırada düşmənə qarşı vuruşduğunu əyani şəkildə təsdiq edir. Bir daha sübut olundu ki, Azərbaycan Ordusunun generalı tabeliyində olan hərbçilərdən özünü fərqləndirmir, qarşıda duran tapşırığı yerinə yetirmək, doğma torpağını müdafiə etmək üçün öz canını hər an qurban verməyə hazırdır.

0