Sərdar Cəlaloğlu vətənpərvərlikdən danışır, amma oğlunu hərbi xidmətdən yayındırır - Açıqlama

ÖLKƏ
16:28 / 28.07.2020
1152

İyulun 12-də Tovuz istiqamətdə gedən döyüşlərdəki məğlubiyyətindən sonra düşmən yenidən müxtəlif təxribatlara əl atır. Dövlətimizə qarşı qarayaxma kampaniyaları reallaşdırırlar. Təəssüf ki, bu məsələdə düşmənə daxildən də dəstək verənlər də var. Belə ki, bəzi media nümayəndələri və Sərdar Cəlaloğlu kimilər düşmən mənafeyinə xidmət edən, reytinq xətrinə məlumatlar yayaraq insanlarımızı yanlış istiqamətləndirməyə çalışırlar.

HİT.Az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan siyasi şərhçi Azər Həsrət bildirib ki, Sərdar Cəlaloğlu bu gün ordudan, dövlətdən danışır, narazılıq edərək özünü guya ki, müxalifətçi kimi aparır:

"Bu gün Sərdar Cəlaloğlu vətənpərvərlikdən danışır, amma öz oğlunu hərbi xidmətdən yayındırır. Belə adamların durub vətənpərvərlikdən danışması insanı heyrətə salır. Sən necə vətənpərvərsən ki, oğlunu xaricdə saxlayıb, hərbi xidmətdən yayındırırsan. Vətənini sevən insan bunu necə edə bilər. Təəssüf ki, kimin əlində nə imkan varsa özünə internet televiziyası açır. Ağına-bozuna, sağa-sola baxmadan hər kəsi tənqid edir. Hətta bəzən təhqir səviyyəsinə kimi qalxır və böhtan atmaqdan belə utanmırlar. Konkret olaraq Azərbaycan dövlətinə və xalqına böhtanlar atırlar. Bu gün müzakirə olunan məsələlərdən biri Sevinc Osmanqızının Azərbaycan əleyhinə çıxış etməsidir. Onun da internet televiziyası var. Bu qadın açıq-aşkar Azərbaycana qarşı çıxış edir, sanki bir erməni kimi danışır. Sevinc Osmanqızının atasını ermənilər şəhid edib. Osman Mirzəyev zamanında tanınan jurnalist idi. Buna baxmayaq o qadın nöqtəsinə, vergülünə baxmadan çıxıb erməniləri müdafiə edir. Bu da təbii ki, insanların demokratiya adı ilə demoqoqluq etməsindən xəbər verir. Onlar siyasi mübrizə çərçivəsində deyil, şəxsi münasibətlər çərçivəsində davrandıqlarını göstərir. Həmin insanlar Azərbaycan dövlətinin mənafeyini, maraqlarını hər şeydən üstün tuta bilmirlər. Yaxud da tutmaq istəmirlər".

0