Qorxu içində yaşayıram, dəniz hayında deyiləm - Ayaz Salayev

MƏDƏNİYYƏT
18:00 / 04.08.2020
1398

"Pandemiya mənə mənəvi cəhətddən çox pis təsir göstərir. Daim qorxu içində yaşayıram".

HİT.Az xəbər verir ki, bunu Azvision.az -a Əməkdar incəsənət xadimi, rejissor Ayaz Salayev deyib.

Tanınmış kinoşünas bildirib ki, karantin rejimi onun həyat tərzində böyük dəyişiklik etməyib:

"Evdə işləməyi, yardıcılıqla məşğul olmağı sevirəm, buna görə karantin mənim yaşayış tərzimə böyük təsir göstərmədi. Yaradıcı planlarım var. Qarabağ layihəm əsasında tammetrajlı sənədli film çəkmişəm, xatirələr üzərində. Virus səngiyəndən sonra premyerasını edəcəyəm. Çətinliyim yalnız dərs prosesində olurdu. Mən kino tənqidindən dərs deyirəm. Burada artıq onlayn ünsiyyət canlı dərsin yerini vermir.

Ümumilikdə pandemiya mənə çox pis təsir göstərir. Qorxu içində yaşayıram ki, virusa yoluxaram. Çox insan şikayət edir ki, dənizə və ya rayonlara, başqa ölkəyə istirahətə gedə bilmədi. Amma bunlar mənim üçün ikinci dərəcəlidir. Onun haqqında fikirləşmək lazım deyil, fikirləşək ki, sağ qamışıq, yoluxmamışıq. Xəsətlənməmişiksə, min şükür. Nə dəniz, nə istirahət hayındayam" .

0