Türkiyəli məşhur aktyor Oktay Kaynarcanın yeni serialı “Hamal”ın heyəti bəlli olub.
Hit.az xəbər verir ki, Oktay Kaynarca layihənin həm baş rolu, həm də prodüseri olacaq.
Onun tərəf müqabili Fahriye Evcendir. Ekran işində Erdal Özyağcılar, Burak Tozkoparan, Sarp Akkaya, Hakan Karsak, Yiğit Uçan, Zeynep Kankonde, Taylan Meydan və İpek Erdem tanınmış simalar çəkiləcək. Həmçinin, heyətə başqa məşhurların da qatılması gözlənilir.
Qeyd edək ki, layihənin rejissor Mustafa Şevki Doğan olacaq. Ssenaristlər isə Kerem Deren, Çisil Hazal Tenim və Bilge Kurbandır. Serial eşq, intiqam və hesablaşmalardan bəhs edəcək. “Hamal” yeni mövsümdə “ATV”-də yayımlanacaq.
Pərviz


