Türkiyəli məşhur aktyor Burak Tozkoparan ekranlara qayıdır.
Hit.az xəbər verir ki, onun yeni serialı bəlli olub.
Sənətçi “Hamal” serialında çəkiləcək. 33 yaşlı aktyor yeni başlayacaq ekran işində “Tekin” obrazına həyat verəcək. Layihənin baş rollarında isə Oktay Kaynarca və Fahriye Evcen çəkiləcək. Serialın çəkilişlərinə sentyabr ayında start veriləcək.
Qeyd edək ki, Burak Tozkoparan karyerası ərzində “Kırgın Çiçekler”, “Tek Yürek”, “Menajerimi Ara”, “Destan”, “Ateş Kuşları” və “Aynı Yağmur Altında” kimi seriallarda çəkilib.
Pərviz


