Abel Məhərrəmovun bacısından AÇIQLAMA: "Adamı toya çağıranda gedərlər!" - VİDEO

ÖLKƏ
17:57 / 21.08.2020
1544

Xəbər verdiyimiz kimi, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin qız nəvəsinin toy mərasimi keçirilib.

Demokrat.az xəbər verir ki, Ramiz Mehdiyevin Novxanıda yerləşən bağ evində təşkil olunan toy mərasimində bir sıra vəzifəli şəxslər iştirak ediblər.

Toyda iştirak edən Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov isə Ramiz Mehdiyevin şərəfinə “tost” deyib.

Məsələ ilə bağlı Demokrat.az adından Abel Məhərrəmovun mobil telefonuna zəng etsək də, telefona sabiq rektorun bacısı aqressiv şəkildə cavab verib. Onun fikirlərini təqdim edirik:

"Axı Abel müəllim nə pis iş görüb? Məgər biz cinayətkarıq? Məgər biz toy etmişik? Adamı toya çağıranda gedərlər!". 

1