Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı məlumat yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən HİT.az-a bildirilib ki, məlumat əsassızdır.
“Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır”, deyə açıqlamada vurğulanıb.


