Zibillikdən turizm mərkəzinə çevrilən Balaxanı - VİDEO

ÖLKƏ
09:08 / 30.08.2020
1203

Balaxanı Bakının ən qədim tarixi olan kəndlərindən biridir. Vaxtilə əkinçilik, bağçılıq, bostan bitkiləri əkini və maldarlıqla məşğul olan kənd əhalisinin həyatını ötən əsrin əvvəlində neft bumu dəyişir.

Neft quyularından yaranan gölməçələr, daha sonra isə burada əmələ gələn zibil poliqonu kəndi ən təhlükəli əraziyə çevirir. Dövlətin yeni layihəsi əsasında Balaxanının siması tam dəyişib, qəsəbə tam təmizlənib, qırmızı suvaqlı evlər yenidən bərpa edilib. Bir vaxtlar yerli camaatın “mastavoy” adlandırdığı qənbər döşəməli yollar da yenidən qurulur.

0