Tələbələr sənəd verməlidir: Amma Bakıya necə gəlsinlər?

İQTİSADİYYAT
19:01 / 01.09.2020
776

Bir sıra karantin tədbirləri yumşaldılsa da, paytaxtla bölgələr arasında tətbiq olunan məhdudiyyət aradan qaldırılmır ki, bu da vətəndaşların narazılıqlarına səbəb olmaqdadır.

İctimaiyyət nümayənləri də hesab edir ki, 5 aydır davam edən qadağaların aradan götürülməsi vacibdir.

İqtisadçı Razi Abbasbəyli Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanda təhsil müəssisələrinin mərhələli şəkildə fəaliyyətə başlaması ilə bağlı proqramın hazırlanması ilə yanaşı bölgələr arası məhdudiyyət də aradan qaldırılmalıdır:

“Məlumdur ki, qəbul imtahanları yekunlaşıb və imtahanların nəticələri yaxın vaxtlarda məlum olacaq. Hesab edirəm ki, regionlardan paytaxtda və digər şəhərlərdə yerləşən ali məktəblərdə daxil olan abituriyentlərin yerləşməsi üçün hərəkət imkanları yaradılmalıdır. Sənədlərin ali məktəbblərə təqdim olunma proseduru var, yaşayış yeri ilə təminat var. Paytaxtda gələn birinci kurs tələbələri isə adətən valideynləri ilə gəlirlər. Artıq sənədlərin qəbuluna başlanılır, məhdudiyyət tətbiq olunduğu halda sual olunur ki, onlar necə paytaxtda gəlməlidirlər”.

İqtisadçı deyir ki, digər tərəfdən isə payız mövsümü kənd təsərrüfatı məhsullarının tədarük dövrüdür:

“Bu dövrdə Azərbaycanın əsas bazarı olan Bakı ilə rayonların yolununun bağlı olması fermerlərə və alıcılara zərər vurur. Burada söhbət iri kənd təsərrüfatı məhsulları daşıyan nəqliyyat vasitələrindən deyil, fərdi nəqliyyat vasitələrindən gedir. Nəzərə alsaq ki, artıq hava şəraiti də regionlara səfər etmək üçün əlverişli deyil, həmçinin orta məktəblər fəaliyyətə başlayır, dövlət müəssisələrində məzuniyyətlər başa çatır, qeyd etmək olar ki, artıq insanlar Bakıda qalmaq məcburiyyətindədirlər. Hesab edirəm ki, təcili olaraq məhdudiyyətlər aradan qaldırılmalıdır. Bu həftə ərzində heç olmasa, məhdudiyyətlər yumşaldılmalıdır ki, vətəndaşların əyalətlərdən Bakıya hərəkət etmə inkanları genişləndirilsin”.

 

0