Azərbaycanlı gənc Odessanın ən yaxşı boksçusu oldu - FOTO

22:14 / 14.09.2020
1014

Həmyerlimiz Ukraynanın Odessa vilayətinin ən yaxşı boksçusu adına layiq görülüb.

Bu barədə həmin vilayətdə yaşayan jurnalist Anar Natiqoğlu məlumat verib. Onun sözlərinə görə, həmyerlimiz iş adamı Şamil Quliyevin oğlu Camal Quliyev Ukrayna İdman və bədən tərbiyəsi günü ilə əlaqədar şəhər meriyasında keçirilən müsabiqədə 2020-ci ildə Odessanın ən yaxşı boksçusu mükafatına layiq görülüb.

Onun əsas məşqçisi həmyerlimiz Nurəddin Əlibəylidir. Ümumi məşqçilərin başçısı Ukraynanın əməkdar idman xadimi Azər Mustafayevdir.

0
Lent.az