“Bakı və İrəvan substantiv danışıqlara başladı” - Lavrov

09:00 / 10.10.2020
4673

Bakı və İrəvan Qarabağla bağlı substantiv danışıqlara başlayıb.

“RİA Novosti” xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

“Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar”, - Lavrov əlavə edib.

O qeyd edib ki, Ermənistan və Azərbaycan Qarabağla bağlı danışıqlar prosesi formatının dəyişməzliyini təsdiqləyiblər.

59
Oxu.Az