\"Qarabağdakı atəşkəs iqtisadi münasibətlərin canlanmasına yol açmalıdır\" - Zərif

12:49 / 29.01.2021
533

“Qarabağda hazırkı atəşkəs daimi hala gəlməlidir və ticarətin, iqtisadi münasibətlərin canlanmasına yol açmalıdır”.

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 29-da İstanbulda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi brifinqdə deyb.

“Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstana səfərimdə mən həmişə bunu vurğulamışam ki, "keçmişi gələcəyə gedən yol olaraq görməliyik və bunu müsbət şəkildə istifadə etməliyik". Hazırda bütün altı ölkə üçün zəmin hazırlanıb. Biz bölgənin və bu altı ölkənin daha da inkişaf etməsi üçün fəaliyyət göstərə bilərik. Bura quru yollar, dəmir yolları, enerji sahəsi daxildir. Bu mövzuda mən optimistəm”, - deyə Zərif vurğulayıb.

0
Report