Bu rayonlarda parklar açılır

16:25 / 01.05.2020
1144

Mayın 4-dən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında parklar açılacaq.

Hit.Az xəbər verir ki, yeni qərara əsasən, bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülür.

Xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.

0