Rusiya daha bir ölkənin diplomatını ölkədən çıxarır

DÜNYA
20:24 / 11.05.2021
1275

Rusiya Rumıniyadakı diplomatının deportasiya edilməsinə cavab olaraq Rumıniyanın Moskvadakı səfirliyinin müdafiə məsələləri üzrə attaşenin köməkçisi  Q.İliyeskunu "persona non qrata" elan edib.

" "RİA Novosti" xəbər verir ki, rumın səfir Kristian İstrate Rusiya Xarici İşlər Nazirliyinə çağırılaraq bu barədə məlumatlandırılıb.

İliyesku 72 saat ərzində Rusiya ərazisini tərk etməlidir.

2