Füzulidə 4 erməni hərbçinin cəsədinin qalıqları TAPILDI

ÖLKƏ
21:16 / 24.05.2021
1643

İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha dörd erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Hit.az  erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsədlər Füzuli rayonu ərazisində aşkar edilib.

Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1557 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.

0