“Azərtac” və AzTV-nin əməkdaşı minaya düşərək VƏFAT ETDİ - YENİLƏNİB

ÖLKƏ
13:10 / 04.06.2021
1311

Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Televiziyasının çəkiliş qrupu Susuzluq kəndi ərazisində minaya düşüb.

İki jurnalistin həlak olduğu hadisə zamanı AzTV-nin rejissoru Emin Məmmədov, avtobusun sürücüsü və kənd sakini yaralanıblar.

***

Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

HİT.Az xəbər verir ki, bu barədə AzTV sədri Rövşən Məmmədov məlumat verib.

2