Nazarbayev "Sputnik V"ni seçdi

DÜNYA
23:35 / 25.06.2021
673

Qazaxıstanın eks prezidenti Nursultan Nazarbayev "Sputnik V" ilə peyvəndlənib.

HİT.az  "RİA Novosti"yə istinadən xəbər verir ki, Qazaxıstanın keçmiş lideri Nazarbayev Karaqanda dərman zavodunda hazırlanan "Sputnik V" peyvəndinin ilk komponentindən istifadə edib.

Qazaxstan lideri bildirib ki, vaksindən qorxmaq lazım deyil:

"Hazırda Qazaxıstanda 3 milyon insan peyvəndlənib və mən də vaksinləndim. Bütün qazaxları fəal vaksinasiyaya çağırıram. Bundan qorxmaq lazım deyil. Vaksinlənmək indi vacibdir, çünki virusun yeni ştamları yaranır. Bunu şəxsi sağlamlıq naminə etmək gərəkdir. Çətin dövrdə yaşayırıq. Bunu birgə adlamalıyıq.

Hamıya sidq ürəkdən sağlamlıq arzulayıram".

4