Bu əlamətlər koronavirus keçirdikdən 2 ay sonra üzə çıxır - Ən çox...

DÜNYA
23:50 / 25.06.2021
1376

İtaliyada aparılan araşdırmaya görə, koronavirus keçirən insanlarda sağaldıqdan 2 ay sonra idrak və davranış problemləri yaranır.

Çalışmada xəstələrin 50 faizindən çoxunda idrak problemləri, 16 faizində çevik düşünmə, 6 faizində isə yaddaşla bağlı problemlərin yarandığı bildirilib. Hər 5 xəstədən birində isə travmadan sonra stress pozuntuları, depressiya kimi əlamətlər ortaya çıxır.

Qeyd edək ki, mütəxəssislər virusun daha çox gənclərə təsir etdiyini vurğulayıblar. 

2
medicina.az