Karantin bu tarixdə yenidən yumşaldılacaq (RƏSMİ)

ÖLKƏ
19:52 / 01.05.2020
4348

“Restoranların açılması qadağandır, yaşayış yerini tərk etmək üçün icazə qüvvədədir”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O qeyd edib ki, hazırda 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağandır:

“Mayın 11-də xüsusi karantin rejimi yenidən yumşaldıla bilər. O zaman onlarla bağlı icazəyə baxıla bilər.

Hazırda 65 yaşdan yuxarı insanların evdən çıxması ilə bağlı qadağa bütün ölkədə qüvvədədir”.

2
Mənbə: Oxu.Az