Gimnastlarımız daha 2 medal qazandı

20:41 / 12.03.2022
932

Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının 3-cü gününə yekun vurulub.

Hit.az xəbər verir ki,  Azərbaycan gimnastları üçüncü yarış gününü 1 gümüş və 1 bürünc medalla başa vurublar.

Belə ki, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlüyümüz temp hərəkətində ikinci olub. Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz də temp hərəkətində fərqlənib. Onlar bürünc medala sahib olublar.

0