Türkiyənin ilk milli peyki aprelin 11-də orbitə buraxılacaq

TEXNO
21:39 / 09.04.2023
1058
Türkiyənin ilk müşahidə peyki “İMECE” aprelin 11-də kosmosda orbitə buraxılacaq. Hit.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitterdə yazıb. “Yerli və milli vasitələrlə istehsal edilən ilk yüksək ayırdetmə qabiliyyətinə malik müşahidə peykimiz olan “İMECE” aprelin 11-də orbitə buraxılacaq. Təlim keçmiş insan resurslarımız, təqdim etdiyimiz imkanlar və inkişaf etdirdiyimiz texnologiyalar sayəsində biz qlobal kosmik yarışda mövcud olmağa davam edəcəyik”, - Türkiyə dövlət başçısı qeyd edib.
0