Qiyməti 150 dollardan aşağı olan 5 Android smartfonu

TEXNO
21:53 / 17.04.2023
1071

Qiyməti 150 dollardan aşağı olan beş ən yaxşı Android smartfonunun adı açıqlanıb. 

Lent.az “Gizchina”a portalına istinadən xəbər verir ki, siyahı tərtib edilərkən yalnız funksionallıq yox, həmçinin qiymətə də diqqət edilib. 

Siyahını təqdim edirik: 

Reytinqi 5-ci və 4-cü yerləri tutan cihazlar “Realme Narzo 50A Prime” və “OnePlus Nord N20 SE”-dir.

Siyahının üçüncü yerində “Redmi 12C” smartfonu tutub. O HD+ təsvirli 6,71 düymlük IPS ekrana malikdir. Əsas kamera 50 meqapikselə sahibdir. 

Cihaz MediaTek Helio G85 çipset və 5000 mAh batareya təklif edir. Artan şəxsi məlumat təhlükəsizliyini sevənlər üçün barmaq izi skaneri var.

İkinci yeri Çin şirkətinin “Redmi A2” telefonudur. Qadcetdə, həmçinin MediaTek Helio G36 çipseti var. Ekranın diaqonalı 6,52 düymdür və HD+ təsvir ölçüsünə malikdir.

Telefonun RAM-ı o qədər də keyfiyyətli deyil. Onun tutumu cəmi 2 GB-dir. “Redmi A2” ikili kameraya malikdir. Cihaz yavaş doldurulan (güc 10 Vt) 5000 mAh batareya ilə dəstəklənir. Smartfon Android 12 “Go Edition” ilə idarə olunur.

Siyahının birinci yerində “Poco M5” markalı telefondur. Smartfonun 50 meqapiksellik kamera, Full HD+ ekran təsviri və 18 Vt enerji doldurma dəstəyi var. MediaTek Helio G95 çipinə və 6,58 düymlük ekrana da diqqət yetirməyə dəyər.

0