Fidan Hacıyeva məşhur opera ifaçılarını Bakıya gətirir

MƏDƏNİYYƏT
15:50 / 09.10.2023
567

Xalq artisti, Opera və Balet Teatrının solisti Fidan Hacıyeva yeni layihəsini təqdim edəcək.

Bu barədə Hit.az-a sənətçinin özü məlumat verib. Fidan Hacıyeva I Beynəlxalq Vokal Festivalı keçirəcək:

“Bu mənim özümün layihəmdir. Layihəm haqqında geniş məlumat vermək istəmirəm. Layihəyə dünyanın müxtəlif ölkələrindən olan məşhur drijorlar, opera ifaçıları qatılacaq. Bundan əlavə Azərbaycanın da opera ifaçıları layihədə iştirak edəcək”.

Hidan Hacıyeva bildirib ki, festival Azərbaycan opera sənətinin inkişafında mühüm rol oynayacaq.

Azra

0