Akademik Musiqili Teatrı "Yatmış gözəl və cırtdanlar"ı hazırlayır

MƏDƏNİYYƏT
15:05 / 29.12.2023
416

Akademik Musiqili Teatrı Yeni illə bağlı Şarl Peronun "Yatmış gözəl və cırtdanlar" tamaşasını hazırlayıb.

Teatrdan Hit.az-a verilən məlumata görə, balaca teatrsevərlər üçün maraqlı, macəra dolu tamaşanın nümayişi dekabrın 29-dan başlayıb 2024-cü ilin yanvar ayının 3-dək davam edəcək. 

Tamaşa gün ərzində 4 dəfə - 10:30; 12:30; 14:30; 16:30-da təqdim olunacaq.

"Yatmış gözəl və cırtdanlar" Yeni il kompazisiyasıdır və Şaxta babanın uşaqlara nağıl hədiyyəsidir.  

Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir.

Azra 

0