Aydın Quliyev: "Qazaxın 3 kəndi və Kərki də azad olunacaq"

SİYASƏT
10:57 / 17.05.2024
593

"Azərbaycanla Ermənistan arasında artıq delimitasiya prosesi başlayıb".

Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu proses Azərbaycanın təklif etdiyi sxemlər və prinsip üzrə gedir:

"Çox əhəmiyyətli təzahürlərdən biri də odur ki, iki ölkə arasında başlayan delimitasiya işlərinin dönməz proses olduğu da öz təsdiqini tapıb. Artıq Ermənistan və ya onun havadarları bu prosesi pozmağa cəsarət göstərə bilməz. Çünki bu, çox ağır bir məsuliyyətdir".

Ekspert qeyd edib ki, Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndi də işğaldan azad olunacaq:

350470

"Qazaxın 4 kəndindən sonra digər 4 kənd də ölkəmizə təhvil veriləcək. Bunun üçün sadəcə zaman lazımdır. Həmin 8 kəndin hamısının azad olunması mütləq və qaçılmazdır. Ermənistan onları ölkəmizə geri qaytarmalıdır. 

Azərbaycan tərəfi bütün kəndlərin təhvil verilməsi ilə bağlı sxemi aydın şəkildə qarşı tərəfə təqdim edib. Nəticədə, delimitasiya prosesindən öncə anklav olmayan kəndlərin qeyd-şərtsiz qaytarılması təmin olunub".

Politoloq vurğulayıb ki, anklav olan kəndlərlə bağlı da rəsmi Bakının təklif etdiyi sxemlər var:

"Sözügedən 4 kənd ya işçi qrupları üzrə aparılan danışıqların nəticəsində qaytarılacaq, ya da ümumi delimitasiya prosesinin içərisində nəzərdən keçiriləcək. Düşünürəm ki, qalan 4 kəndin Azərbaycana qaytarılması da zamanın məsələsidir və bu, mütləq şəkildə olacaq. Yəni gələcəkdə həmin kəndlərin də ölkəmizə qaytarılacağını qətiyyətlə söyləyə bilərik".

Pərviz

0