BRİCS ölkələri infeksion xəstəliklərin yayılmasına reaksiya vermək üçün inteqrasiya olunmuş sistemlər yaradacaq.
HİT.az xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi Hindistanda keçirilən BRİCS+ formatında iclas zamanı bildirib.
“Biz infeksion xəstəliklərin yayılmasına reaksiya vermək və belə hallarla bağlı erkən xəbərdarlıq etmək üçün BRİCS-in inteqrasiya olunmuş sisteminin yaradılması barədə razılığa gəldik”, – Modi deyib.
BRİCS 10 dövlətin – Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir, Efiopiya və İndoneziyanın daxil olduğu dövlətlərarası birlik və nüfuzlu iqtisadi blokdur. Təşkilat 2006-cı ildə çoxtərəfli əməkdaşlığın və ticarətin inkişaf etdirilməsi, həmçinin üzv ölkələr arasında maliyyə sabitliyinin gücləndirilməsi məqsədilə yaradılıb.
Samir


