Koronavirusla mübarizədə "yeni silah" – D vitamini

DÜNYA
00:31 / 13.05.2020
1312

ABŞ-da aparılan araşdırmada maraqlı faktlar ortaya çıxıb. Mütəxəssislərin hesab edirlər ki, D vitamini çatışmazlığı ilə koronavirus səbəbilə yaşanan ölüm faizləri arasında əlaqə ola bilər.

Bu araşdırma İllinoys ştatındakı "Northwestern" Universitetində bir qrup tədqiqatçı tərəfindən aparılıb. Nəticədə COVİD-19 səbəbilə İtaliya, İspaniya və İngiltərə kimi ölkələrdə həyatını itirən şəxslərdə D vitaminin aşağı olduğu müəyyənləşib.

Hesabatda araşdırma qrupunun rəhbəri Vadim Bekman maraqlı açıqlama verib: "Analizlərə əsasən, deyə bilərik ki, D vitamini çox olan şəxslər virusa yoluxsa da, ölüm faizləri daha az olacaq. Ona görə də koronavirusa qarşı müqaviməti olmayan yaşlı şəxslərin D vitamini qəbul etməsi vacibdir, beləliklə ölüm faizi azala bilər".

Qeyd edək ki, hesabatda bütün xəstələri D vitamini qəbul etməyə yönəltməyin hazırda doğru olmadığı bildirilib. Çünki D vitamini lazımından artıq qəbul edilərsə, başqa fəsadlara yol aça bilər. Son nəticə üçün araşdırma daha da dəqiqləşdirilməlidir.

Sayad Həsənli

0
Yenisabah.az