Kişilərin koronavirusa qarşı həssaslığının səbəbi açıqlandı

DÜNYA
13:59 / 12.05.2020
1503

Alimlərin irəli sürdüyü ehtimala görə, COVID-19 virusuna qarşı kişilərin qadınlara nisbətən daha həssas olması onların qanında ACE2 zülalının daha böyük miqdarda olması ilə bağlıdır.

“Report” xəbər verir ki, 4 minə yaxın könüllünün iştirak etdiyi və “European Heart Journal”da dərc olunan bir araşdırma zamanı Avropanın 11 ölkəsindəki 2 mindən artıq xəstənin qanında ACE2 zülalının molekullarının miqdarı ölçülərkən həmin zülalın doğrudan da kişilərdə daha çox olduğu təsdiqlənib. Daha 1,7 xəstə üzərində keçirilən sınaq araşdırılması da eyni nəticə verib.

Qroningen Universitetinin kardiologiya professoru Adrian Voorsun rəhbərlik etdiyi araşdırma zamanı həmçinin bəzi xəstələrdə ACE2 zülalının daha az miqdarda olduğu üzə çıxıb. Belə xəstələrin hamısı ürək çatışmazlığına qarşı, o cümlədən ACE2 zülalını dəf edən dərmanlar qəbul edirlərmiş.

Kişilərdəki adıçəkilən xüsusiyyətin nədən irəli gəldiyihələlik məlum deyil.

0