Maykl Cordan irqçiliklə mübarizəyə 100 milyon dollar ayırdı

İDMAN
13:43 / 06.06.2020
1817

NBA əfsanəsi Maykl Cordan və ona məxsus "Jordan Brand" şirkəti yaxın 10 il ərzində irqi ayrıseçkiliklə mübarizə aparmaq məqsədilə hər il 100 milyon dollar ianə etmək qərarına gəlib.

Fanat.Az xəbər verir ki, şirkətin bəyanatında qeyd olunub:

"Qaradərililərin həyatı önəm kəsb edir. Bu, ikimənalı ifadə deyil. Ölkəmizdəki müxtəlif sosial institutları məhv edən irqçilik tamamilə aradan qalxmayana qədər, qaradərililərin həyatını qorumaq və yaxşılaşdırmaq üçün səylərimizi davam etdirəcəyik".

Qeyd edək ki, ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra kütləvi etirazlar başlayıb.

Fanat.Az

0